Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dostluq və qardaşlıq əlaqələri

Dostluq və qardaşlıq əlaqələri


"Azərbaycan və Türkmənistan təkcə iki qonşu dövlət deyil, eyni dənizi, ortaq tarixi və köklü mədəniyyəti paylaşan iki doğma qardaşdır. Xəzərin birləşdirdiyi bu iki ölkə arasındakı münasibətlər rəsmi müqavilələrdən daha çox, qarşılıqlı etimada, qan qardaşlığına və sarsılmaz dostluğa söykənir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Aynur Quliyeva deyib. O bildirib ki, bu gün həm siyasi, həm də iqtisadi sahədə atılan hər bir birgə addım xalqlarımızın rifahına xidmət edir və aramızdakı mənəvi körpüləri daha da möhkəmləndirir:

"Bu gün Azərbaycan və Türkmənistan regional və beynəlxalq məsələlərdə bir-birini dəstəkləyən, ortaq maraqlardan çıxış edən dost və tərəfdaş ölkələr kimi çıxış edirlər. Məhz möhkəm siyasi münasibətlər iki ölkə arasında enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın davamlı inkişafını təmin edir".

Arzu
Xəbəri paylaş