
Moskva və Yerevanı xüsusi münasibətlər və iki ölkə xalqlarının səmimi sevgisi bağlayır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat qeyd edib ki, bizim üçün Ermənistan sadəcə suveren bir dövlət deyil, eyni zamanda ortaq tariximizə, ortaq cəhətlərimizə görə xüsusi münasibətlərimizi bölüşdüyümüz bir dövlətdir:
"Ortaq ailələr, layihələr, bizneslər və bir-biri ilə əlaqəli talelər. Bizim tərəfimizdən həmişə yalnız kömək və dəstək olub və mənim fikrimcə, bu, həm diplomatların dediyi kimi, geosiyasi amillərlə, həm də mənim sevgi adlandırdığım şeylə əlaqələndirilib. Xalqların, mədəniyyətlərin səmimi sevgisi, qarşılıqlı anlaşma - bunlar əsl bağlardır".
Zaxarova qeyd edib ki, iki ölkəni həm də həqiqətən geniş bir dünya təşkil edən mədəni dəyərlər birləşdirir.
Arzu












































