Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə arasında münasibətlərə zərbə vurmağa heç bir siyasi qüvvənin gücü çatmaz

Azərbaycan və Türkiyə arasında münasibətlərə zərbə vurmağa heç bir siyasi qüvvənin gücü çatmaz


"Son vaxtlar Azərbaycanla Türkiyə arasında münasibətlərə zərbə vurmaq üçün yenidən cəhdlər edilir, mövcud həssas məqamda iki dost-qardaş ölkə arasında gərginlik yaratmağa çalışılır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu kimi qüvvələr həm Türkiyə, həm də Azərbaycanda mövcuddur. Həmin neqativ qüvvələr zaman-zaman yaranmış həssas məqamlarda Bakı ilə Ankara arasında gərginlik yaratmaq istəməyiblər. Ancaq sevindirici hal ondan ibarətdir ki, antiAzərbaycan və antiTürkiyə qüvvələrinin pozuculuq əməlləri heç vaxt nəticə verməyib".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri günümüzdə elə bir səviyyədədir ki, bu münasibətlərə zərbə vurmaq hansısa qüvvənin imkanları xaricindədir:

"Çünki Türkiyə-Azərbaycan münasibətləri tarixin sınağından uğurla çıxaraq dünyaya əsl dost-qardaş nümunəsi nümayiş etdirib. Bu gün Bakı ilə Ankara arasında münasibətlər Cənab Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər əldə edir. Heç kim bu münasibətlərə xələl gətirə bilməz".

Arzuman Muradlı onu da qeyd edib ki, indiki həssas məqamda həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti soyuqqanlı davranmalı, təxribatçı qüvvələrin məkirli planlarının alətinə çevrilməməlidir.

Süleyman
Xəbəri paylaş