Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər


"Son günlər ABŞ-İran arasında yenidən ciddi gərginlik yaranıb. Tərəflər arasında əldə olunan razılaşma, dediyimiz kimi kövrək xarakterli idi və hər an pozulma ehtimalı yüksək görünürdü. Bu səbəbdən də pozuldu. İndi, ABŞ İrana hava zərbələri endirib. İran isə buna cavab olaraq ABŞ və müttəfiqlərinin regiondakı hədəflərinə hücumlar həyata keçirib. Xüsusilə də Hörmüz boğazında vəziyyət kəskinləşib və neft daşımalarına ciddi təsir göstərməkdədir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Hörmüzdə tankerlərin hərəkəti demək olar dayanıb:

"Sığorta şirkətləri bölgəyə gəmi göndərməkdən ehtiyyat edirlər və qiymət artımı enerji bazarlarına ciddi təsir etməkdə davam edir. Əlbəttə ki, hər iki tərəf qarşılıqlı zərbələri davam etdirsə də, tammiqyaslı müharibənin nəticələrindən çəkinmələri hiss olunur. Həmçinin, hava zərbələrinin ikinci günə keçməsi yenidən regional müharibə riskini artırır, lakin diplomatik kanalların hələ tam bağlanmaması bu riski bir az zərif ehtimallar arasına alır. Əlbəttə ki bu arada tərəflərin qarşılıqlı səhv hesablamaları atəşkəs rejiminin pozulmasına səbəb oldu və hesab edirəm ki, bu danışıqlar prosesinə də öz təsirini göstərəcək. İndi, daha çox səhv edilməməsi, müharibənin daha çox genişmiqyas almaması üçün diplomatik kanallarda hərəkətlilik artıb".

Çingiz Şahbazi deyib ki, genişmiqyaslı hava zərbələrinin davam etməsi ehtimalı yüksəkdir və tammiqyaslı ABŞ-İran müharibəsi bu səbəbdən də mümkün görünür:

"Amma, hazırda qaçılmaz hesab olunmur, demək doğru olmazdı. Tərəflər rəqibə təsir göstərməyə çalışırlar da, regionu tam müharibəyə sürükləməməyə çalışılır. Hörmüz boğazı, ABŞ bazaları və müttəfiq ölkələrə qarşı hücumlar, İran tərəfindən intensiv hal alarsa, vəziyyət o zaman sürətlə dəyişə bilər. Bu baxımdan hesab edirəm ki, qarşıdakı günlərdə böyük ehtimalla qarşılıqlı hava zərbələri , raket və pilotsuz uçan aparat hücumları davam edəcək. Lakin tərəflər tammiqyaslı quru müharibəsinə keçməyəcək. Çox az ehtimalla qeyd etmək olar ki, vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər. Belə ssenari ABŞ bazalarına çoxsaylı itkilərlə nəticələnən hücum və ya Hörmüz boğazının tam bağlanması halında mümkündür. Diplomatik prosesin tam çökməməsi həmçinin onun davam edəcəyi ehtimalını, zəif ehtimal olsa da özündə saxlayır".

Ekspert onu da qeyd edib ki, ABŞ-ın üstünlük əldə etmək imkanları böyükdür:

"Açıq müharibə şəraitində İranın hava qüvvələri, dəniz infrastrukturu və raket bazalarının əhəmiyyətli hissəsi ağır zərbələr ala bilər. Buna rəğmən İranı tam məğlub etmək və ya daxilində hakimiyyəti dəyişmək çətin görünür və bu çox baha başa gələn ssenaridir. İran isə öz növbəsində asimmetrik müharibə, raketlərlə və nəzarətində olan proksi, silahlı qüvvələr vasitəsilə uzun müddət müqavimət göstərmək gücündədir".

Süleyman
Xəbəri paylaş