Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhali cəmiyyətin əsas dəyəri, inkişafın təməli və gələcəyin təminatıdır

Əhali cəmiyyətin əsas dəyəri, inkişafın təməli və gələcəyin təminatıdır


"Əhali cəmiyyətin əsas dəyəri, inkişafın təməli və gələcəyin təminatıdır. Ümumdünya Əhali Günü insanların rifahının yüksəldilməsi, davamlı inkişafın təşviqi, sosial bərabərliyin və sağlam gələcəyin qurulmasının əhəmiyyətini bir daha xatırladır".

Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə rəhbəri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov 11 iyul-Ümumdünya Əhali Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O deyib ki, hər bir insanın layiqli həyat şəraitinə sahib olması, təhsil, səhiyyə və inkişaf imkanlarından bərabər şəkildə yararlanması daha güclü və dayanıqlı cəmiyyətlərin formalaşmasına xidmət edir:

"Gəlin birlikdə daha sağlam, daha ədalətli və daha firavan gələcək naminə çalışaq".

Süleyman
Xəbəri paylaş