
Beynəlxalq təcrübənin öyrənilməsi və mediatorların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Mediasiya Şurası tərəfindən “Qazaxıstan Respublikasında mediasiya – qanunvericilik və praktika” mövzusunda onlayn təlim təşkil ediləcək.
Ekspert:
Jakupov Jandilda Ajıqaliyeviç – beynəlxalq dərəcəli trener-mediator, “Beynəlxalq İnsan Hüquqları Mərkəzi” RİB-nin Prezidenti, “Qazaxıstan Mediatorlar Assosiasiyası” HMB-nin Baş Direktoru, Türk Dünyası Mediatorlar Assosiasiyasının Vitse-Prezidenti, NLP-master, profaylinq üzrə mütəxəssis.
Tarix: 9 oktyabr 2026-cı il
Saat: 14:00 (Bakı vaxtı ilə)
Təlim çərçivəsində Qazaxıstan Respublikasında mediasiyanın qanunvericilik bazası, tətbiqi xüsusiyyətləri və praktiki aspektləri, habelə beynəlxalq təcrübə barədə məlumat veriləcək.










































