
Yeni Azərbaycan Partiyasının 8-ci Qurultayında möhtərəm Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışı bir təhsil işçisi və müəllim kimi mənim qarşımda gələcək nəsillərin tərbiyəsi ilə bağlı çox mühüm vəzifələr qoyur. Dövlət başçısının öz tarixi nitqində xüsusilə vurğuladığı milli-mənəvi dəyərlərin qorunması, xarici ideoloji təsirlərə qarşı immunitetin gücləndirilməsi və güclü vətənpərvərlik hissi birbaşa bizim pedaqoji fəaliyyətimizin əsas xəttini təşkil edir.
Biz müəllimlər olaraq təkcə yüksək bilikli gənclər yetişdirməklə kifayətlənməməli, həm də dövlətimizin qazandığı tarixi zəfərin mahiyyətini dərk edən, dövlətçiliyə sadiq və milli ideallara bağlı bir nəsil tərbiyə etməliyik. Qurultayda elan olunan yeni inkişaf mərhələsinin tələblərinə uyğun olaraq, gənclərimizi qlobal informasiya müharibələrindən qorumaq və onların intellektual potensialını ölkəmizin gələcək tərəqqisinə yönəltmək üçün üzərimizə düşən bütün vəzifələri vicdanla icra edəcəyik.
Bu müqəddəs yolda hər bir şagirdimizə dövlət rəhbərinin müəyyən etdiyi ideoloji prinsipləri aşılamağa, müstəqil və güclü Azərbaycanın layiqli vətəndaşlarını formalaşdırmağa öz töhfəmizi verməyə hər zaman hazırıq.
Fatma Qasımova










































