Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astara Terminalında yük aşırılması sentyabrda 52 % artıb

Astara Terminalında yük aşırılması sentyabrda 52 % artıb


Bu ilin yanvar-sentyabr aylarında Astara Terminalında (İran ərazisində) 631 min tondan çox yük aşırılıb.

Bu barədə Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 33 % çoxdur.

Təkcə bu ilin sentyabr ayı üzrə müvafiq göstərici 52 % artımla 93 min tondan çox olub.

Xatırladaq ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.

Süleyman
Xəbəri paylaş