Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hadrutun azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişində həlledici dönüş nöqtələrindən biri oldu

Hadrutun azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişində həlledici dönüş nöqtələrindən biri oldu


"2020-ci il oktyabrın 9-u Azərbaycanın müasir hərb və zəfər tarixinə qızıl hərflərlə yazılmış ən əlamətdar günlərdən biridir. Həmin gün Xocavənd rayonunun strateji baxımdan böyük əhəmiyyətə malik Hadrut qəsəbəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun keçirdiyi unikal hərbi əməliyyat nəticəsində işğaldan azad edildi. Bu tarixi hadisədən artıq 6 il ötür".

Newscenter.az xəbər verir ki, bunları AzPress.az xəbər portalının redaktoru Xeyransa İsmayılova deyib. O qeyd edib ki, Hadrutun azad edilməsi İkinci Qarabağ müharibəsinin gedişində həlledici dönüm nöqtələrindən biri oldu:

"Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan və düşmənin dərin müdafiə sədləri qurduğu bu yaşayış məntəqəsinin götürülməsi ordumuzun hərbi məharətini, dağlıq şəraitdə döyüşmək qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Hadrut əməliyyatı düşmənin müqavimət gücünü qırdı və Şuşa başda olmaqla digər ərazilərimizin azad edilməsinə geniş yol açdı".

Xeyransa İsmayılova bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində Hadrut bu gün yenidən doğulur:

"Qısa müddət ərzində qəsəbədə müasir infrastrukturlar qurulub, yollar çəkilib, elektrik və su təchizatı bərpa edilib. Tarixi və mədəni irsin qorunması ilə yanaşı, yeni yaşayış massivlərinin inşası Hadrutu bölgənin yenidən parlayan incisinə çevirməkdədir.
Azadlığının 6-cı ilini qeyd edən Hadrut təkcə hərbi qələbənin deyil, həm də dirçəlişin və quruculuğun rəmzidir. Bizə bu qürur hissini bəxş edən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Hadrutda dalğalanan üçrəngli bayrağımız əbədi olaraq dalğalanacaqdır!".

Anar
Xəbəri paylaş