Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pensiya və müavinətlər nə qədər artacaq?

Pensiya və müavinətlər nə qədər artacaq?


"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağını bəyan edib. Azərbaycanın dövlət başçısı bununla bağlı göstərişin verildiyini bildirib.
Bu növbəti sosial paketin gələn ilin əvvəllərində reallaşacağı deməkdir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanda minimum əmək haqqı artımları artıq mütəmadi xarakter alacaq:

"Dövlət başçısı tərəfindən 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə əsasən, 2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur".

Millət vəkili diqqətə çatdırıb ki, gələn il yanvarından bütün növ əmək pensiyaların da indeksləşdirilərək artırılması nəzərdə tutulur:

"Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. İndeksləşdirmənin yeni müzakirə edilən dəyişikliklərə əsasən diferensial həyata keçiriləcəyi gözlənilir. Dəyişikliyə əsasən, pensiya sistemində sosial haqlara əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur. Mövcud qaydalara əsasən, hazırda pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə indeksləşdirilir. Yenə də meyar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizidir. Amma bununla belə, diferensial yanaşma olacaq.

2027-ci ilin dövlət büdcəsindən sosial sferaya ayrılan vəsaitin həcmi ümumi xərclərin 44 faizini təşkil edəcək. Bu o deməkdir ki, 18.5 milyard manatdan çox vəsait sosial sahəyə yönəldiləcək. Bu yeni sosial paketin anonsudur".

Süleyman
Xəbəri paylaş