Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yolları sentyabr ayında 9 milyon sərnişin daşıyıb

Türk Hava Yolları sentyabr ayında 9 milyon sərnişin daşıyıb


Türk Hava Yolları (THY) sentyabr ayında 9 milyon sərnişinə xidmət göstərərək ilin ilk doqquz ayında daşınan sərnişinlərin ümumi sayını 73 milyona çatdırıb.

Newscenter.az şirkətə istinadən bildirir ki, bu dövrdə beynəlxalq yüklənmə faktoru 86,6%, daxili yüklənmə faktoru isə 88,2% təşkil edib.

Daşınan yük və poçtun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 205,7 min tona çatıb.

Türk Hava Yolları tərəfindən daşınan sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.

Yanvar-sentyabr dövründə ümumi sərnişin yükü əmsalı 85 faiz olaraq qeydə alınıb.

Süleyman
Xəbəri paylaş