
Bu gün Mediasiya Şurası, Qazaxıstan Mediatorlar Assosiasiyası, Orta Asiya Mediatorlar Konsersiumu və Beynəlxalq İnsan Hüquqları Mərkəzi RİB-nin birgə təşkilatçılığı ilə mediatorların beynəlxalq təcrübə ilə tanışlığının təmin edilməsi, peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə “Qazaxıstan Respublikasında mediasiya – qanunvericilik və praktika” mövzusunda onlayn təlim keçirilib.
Newscenter.az-a daxil olan məlumata görə, təlim beynəlxalq dərəcəli trener-mediator, “Beynəlxalq İnsan Hüquqları Mərkəzi” RİB-nin Prezidenti, “Qazaxıstan Mediatorlar Assosiasiyası” HMB-nin Baş Direktoru, Türk Dünyası Mediatorlar Assosiasiyasının Vitse-Prezidenti, NLP-master və profaylinq üzrə mütəxəssis Jandilda Jakupov (Жандильда Жакупов) tərəfindən və mediator Natavan Muradovanın moderatorluğu ilə keçirilib. Təlimdə 60-a yaxın mediator iştirak edib.
Təlim zamanı iştirakçılara Qazaxıstan Respublikasında mediasiyanın hüquqi əsasları, mediasiya sahəsində mövcud qanunvericilik, onun tətbiqi xüsusiyyətləri və praktiki aspektləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, Qazaxıstanda mediasiya təcrübəsi və bu sahədə formalaşmış yanaşmalar diqqətə çatdırılıb.
İnteraktiv formatda təşkil olunan təlim mediatorların beynəlxalq təcrübə ilə tanışlığı, peşəkar biliklərinin genişləndirilməsi və mediasiya prosesinin tətbiqi ilə bağlı təcrübə mübadiləsi baxımından əhəmiyyət daşıyıb.
Süleyman










































