
Gələn ay Türkiyənin ev sahibliyi ilə Antalyada keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) təhsil və gənclər təşəbbüsləri önə çıxacaq.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, COP31 zamanı "Gənclər və Təhsil" mövzusunda görülən işlər ilə təhsilin iqlim dəyişikliyi ilə mübarizədə və ona uyğunlaşmada rolu beynəlxalq gündəmə gətiriləcək.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzv dövlətlərinin ən yüksək qərar qəbuletmə orqanı olan COP31 9-20 noyabr tarixləri arasında Antalyada keçiriləcək.
Nazirlik iqlimə davamlı təhsil sistemlərinin inkişafına, müəllimlərin səlahiyyətləndirilməsinə, iqlim savadlılığının və yaşıl bacarıqların təşviqinə, eləcə də uşaqların və gənclərin COP31 prosesi zamanı iqlim fəaliyyətində fəal rol oynamalarına imkan yaradılmasına diqqət yetirəcək.
COP31-in Mavi Zonasında, UNESCO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə əməkdaşlıq çərçivəsində milli təhsil naziri Yusuf Tekinin iştirakı ilə yüksək səviyyəli sessiyaların keçirilməsi planlaşdırılır.
Süleyman










































