Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dayaq təşkilatı qazi Ağanəcim Sədiyarovu təbrik edib

Dayaq təşkilatı qazi Ağanəcim Sədiyarovu təbrik edib


Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının ən fəal, fədakar və dəyərli üzvlərindən biri, Vətənimizin igid qazisi Ağanəcim Sədiyarovu doğum günü münasibətilə təbrik edib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən təşkilatın sədr müavini Məcid Məmmədov deyib ki, mbu əlamətdar gün münasibətilə Ağanəcim Sədiyarovu Birliyin ofisinə dəvət edərək onu Fəxri Fərman və digər hədiyyələrlə kollektiv adından təbrik ediblər:

"Ona xoş arzularımızı çatdırdıq, sağlamlıq, uzun ömür, ailə səadəti, firavan həyat və gələcək fəaliyyətində yeni uğurlar arzuladıq".

Məcid Məmmədov qeyd edib ki, Ağanəcim Sədiyarov Vətən qarşısındakı xidmətləri, göstərdiyi qəhrəmanlıq, yüksək vətənpərvərlik ruhu və Birliyin fəaliyyətində daim fəal iştirakı ilə hər birimizin dərin hörmətini qazanmış dəyərli insanlardan biridir:

"Onun göstərdiyi fədakarlıq və nümunəvi fəaliyyəti gənc nəsil üçün örnəkdir".

Süleyman
Xəbəri paylaş