Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29-un Azərbaycana gətirdiyi iqtisadi dvidentlər nələrdir?

COP29-un Azərbaycana gətirdiyi iqtisadi dvidentlər nələrdir?


"Dünya enerji balansının sürətlə dəyişdiyi indiki dönəmdə Azərbaycan yaşıl enerji istehsalı sahəsində bölgənin fovarit ölkələrindən birinə çevrilmək kursunu müəyyən edir. Bir neft-qaz ölkəsi üçün belə seçim etmək ikiqat uğur deməkdir. Çünki bu seçimlə ölkəmiz eyni zamanda yaşıl iqtisadiyyata da sürətlə keçmək yolunu tutmuş olur. Bir sözlə, bu sahədə müyyən edilən strategiya digər tərəfdən ölkəmizə iqtisadiyyatın nefdən asılılığını optimallaşdırmaq şansları yaratmış olacaqdır".

Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov COP29-un ölkəmiz üçün faydalarından danışarkən deyib. O bildirib ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29 ərəfəsində Azərbaycana yaşıl enerji istehsalı ilə bağlı investisiyalar gətirmək üçün edilən təkliflərin sayı çoxalıb:

"Bu təkliflər o qədər çoxdur ki, hətta biz bu gün onların hamısını fiziki cəhətdən qəbul etmək imkanlarında deyilik. Digər tərəfdən yaşıl iqtisadiyyatla bağlı xarici sərmayə hesabına maliyyələşdiriləcək layihə təklifləri yetərincə artıb".

Fikrət Yusifov bildirib ki, Azərbaycan COP29-u keçirməklə dünyanın energetika sahəsində müəyyən etdiyi yola öz münasibətini sərgiləmiş oldu:

"Xarici investorlar bunu görür və yüksək dəyərləndirirlər. Nəticə isə göz qabağındadır. Bu gün xarici investorların Azərbaycanda yaşıl enerji istehsalı və yaşıl iqtisadiyyatla bağlı layihələrə yatrımlar etmək üçün sanki bir axını baş verir. Bütün bunlar COP29-un Azərbaycana gətirdiyi iqtisadi dvidentlərdir".

Süleyman İsmayilbəyli
Xəbəri paylaş