Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti

Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti


1999-cu ildən etibarən ermənilərin Kəlbəcər rayonu ərazisində məskunlaşdırılması ilə bağlı addımlar atılmışdır.Lakin bu addımlar beynəlxalq səviyyədə BMT və ATƏT-İN prinsiplərinə zidd olan addımlar idi.Bundan əvvəl qəbul olunmuş qətnamədə qeyd olunan müddəaya əsasən işğalçı qüvvələr həmçinin yerli əhali Kəlbəcər ərazisini tərk etməli idi,lakin Ermənistan dövləti bu qərarı icra etmədi və bununla bağlı beynəlxalq təşkilatlar da heç bir məcburiyyət irəli sürmədi.Məhz həmin susqunluq Kəlbəcərdə erməni əhalisinin köklü məskən salmasına səbəb oldu.Ermənistanin tarixən davam edən əsilsiz torpaq iddiaları bu mövzuda da özünü doğruldurdu.Heç bir əsaslı dəlilə,sübuta əsaslanmayaraq ,sadəcə birləşmiş söz yığınını beynəlxalq səviyyədə təsdiqlətməyə çalışırdılar.

Lakin Azərbaycan dövlətinin tarixi və təsdiqlənmiş mənbələri onların hər bir “sübut”larını zərərsizləşdirə bilmişdir.Müəyyən zaman çərçivəsində Azərbaycan ordusu cəbhə xətti boyunca düşmən ordusuna layiqincə cavab vermişdir.Dağlıq Qarabağın strateji və daxili ehtiyatları ilə zəngin olması düşmən tərəfini burdan heç bir zəmində boyun qaçırmasına imkan vermirdi.Lakin onlar elə sandılar ki, tarixi saxtalaşdırıb,özünkiləşdirə bilərlər.Unutduqları bir məqam var idi ki qarşılarında olan dövlət əsrlərlə var olan,daim yadelli basqınlarına əhalisi ilə birlikdə sinə gəlib mövcudlaşan böyük Azərbaycan dövləti idi.Onun tarixi saxtalaşdırılıb özünkiləşdiriləcək qədər kimsəsiz və dəlilsiz deyildir.

Və noyabrın 20-də Kəlbəcər rayonu işğaldan azad olunub Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir .Azərbaycan ordusu cəbhədə əzmlə vuruşaraq bir çox torpaqlarını nəzarəti altına salmış, Kəlbəcər və Ağdamı isə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birlikdə noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatı ilə geri qaytarılmasını təmin etmişdilər.Torpaqlarımız bütünləşib olması gərəkən hala gəlmişdir.Burda canından keçən igidlər,daima dəstək olan əhali,vətənpərvər gənclərin və ən əsası planlı şəkildə hərəkət edən ali baş komandanın rolu böyük olmuşdur.Bu irəliləyişlə irəliləyən xalqın suverenliyi və ərazi bütövlüyü daimi olacaqdır.Çünki dövlətin idarəçiliyi etibarlı qüvvəyə,etibarlı qüvvəyə inam isə əzmkar xalqa həvalə olunmuşdur!!!

Xanbutayeva Nərmin,

Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi
Xəbəri paylaş