İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti olaraq, hər zaman ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün müdrik və ardıcıl addımlar atmış, xalqa rəhbərlik edərək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır. 2020-ci ilin Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə ilə Prezident İlham Əliyev, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş, xalqımıza böyük bir qələbə sevincini yaşatmışdır. Onun rəhbərliyi altında Azərbaycan, həm daxili inkişafda, həm də xarici siyasətdə mühüm uğurlar əldə etmiş, iqtisadi və sosial sahələrdə geniş islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyevin göstərdiyi liderlik, ölkəmizin müstəqil və güclü dövlət kimi dünyada tanınmasını təmin etmiş, Azərbaycan xalqının etimadını qazanan bir qalib lider obrazı yaratmışdır.
Azər Yadigaroğlu