Messiyə xərclədiyiniz pullu ölkədə uşaq futbolunun inkişafına xərcləsəydiniz Azərbaycandan indiyə kimi nə qədər messilər çıxmışdı.
Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, həmin vəsaitə hansısa bir rayonda futbol məktəbi tikmək olardı:
"Həmin məktəb Messinin adını daşısın, çağırın özü də gəlib açılışını etsin. Hələ biraz da özü dəstək olsun. İndi göyə pul xərcləyəcək zaman deyil. Qarabağ yenidən qurulur, Tramp hakimiyyətə gəldikdən sonra neftin qiymətində ciddi eniş gözlənilir".
Zeynəl Əmrəliyev deyib ki, ölkə futbolunu inkişaf etdirmək lazımdır:
"Bunun da yolu ancaq uşaq futbolunun inkişafından keçir. Küçələr peşakar futbolçu olmaq istəyən, amma imkanı olmadığı üçün arzusu ürəyində qalan uşaqlarla doludur.
Pulu Messiyə yox, o uşaqlara yönəldin. Bacarırsızsa Messinin özünü də bu işə cəlb edin".
Anar Əliyev