Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin müsahibəsi maraqlı məqamları ilə yadda qaldı

Prezidentin müsahibəsi maraqlı məqamları ilə yadda qaldı


"Cənab Prezidentin Rusiyanın "Rossiya seqodnya" kanalının müxbiri Kiselyova verdiyi müsahibə maraqlı məqamları ilə yadda qaldı. İlk növbədə Cənab Prezident Rusiya ilə olan münasibətlərə aydınlıq gətirməklə Azərbaycan və Rusiya arasında qarşılıqlı hörmət çərçivəsində münasibətlərin inkişaf etdiyini vurğuladı. Rusiya ilə iqtisadi əlaqələrin çox yox, amma artan xətt üzrə inkişaf etdiyini qeyd etdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, hərbi sahədə hələlik məlum səbəblərdən Rusiya hərbi sənayesinin məhsullarının daxili bazar üçün istehsala başı qarışdığı üçün silah alımının dayandığını qeyd etdi:

"Azərbaycanın enerji ehtiyatlarının çoxluğu və müxtəlifliyi səbəbindən atom stansiyalarına ehtiyacın olmadığını vurğulayan Cənab Prezident buna baxmayaraq kiçik həcmli atom stansiyalarının investisiya formasında tikintisində maraqlı olduğumuzu bildirdi.

Ermənistanın silahlanmasının region üçün təhlükə yaratdığını və bunun izləndiyini bildirən Prezident bunda ABŞ, Fransa və Hindistanı günahlandırdı. Fransanın regionda xüsusi cangəşanlığının cavabının onların dənizaşırı müstəmləkə bölgələrindəki siyasətini pisləmək və ifşa etməklə verildiyini bəyan etdi".

Azər Qasımov deyib ki, Gürcüstanda proseslərin sona yaxınlaşdığını qeyd edən Prezident, Qərb ölkələrinin yürütdüyü siyasətin yanlışığından danışdı. Onların qarşılarındakı ölkələrə ağıl öyrətməkdə israrlı olmalarını pislədi:

"COP29 tədbirinin uğurlu nəticələrini bəyan edən Prezident bu tədbirə qısa zamanda hazırlaşılsa da, digər öncəki COP tədbirlərindən uğurlu nəticələr alındığını bəyan etdi.
Rus dilinin Azərbaycanda inkişaf etməsində heç bir problem olmadığını bildirən Prezident rus xalqına yeni ildə uğurlar arzuladı.

Göründüyü kimi Cənab Prezident İlham Əliyev rusiyalı müxbirə verdiyi müsahibə ilə bəzi qaranlıq məsələlərə işıq saldı. Azərbaycanın müstəqil siyasi xətt yürütdüyünü bütün dünyaya bəyan etdi".

Süleyman
Xəbəri paylaş