
Suriyaya yardımla bağlı Azərbaycanla Türkiyə arasında birgə fəaliyyət imkanları müzakirə edilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov verib. Səfir bildirib ki, sözügedən məsələ Xarici İşlər Nazirliyinin Humanitar və Texniki Yardım üzrə baş meneceri ilə görüş zamanı müzakirə predmeti olub:
"Qars şəhərinə yeni təyin olunmuş Baş Konsulumuz cənab Zamin Əliyevlə birlikdə Xarici İşlər Nazirliyinin Humanitar və Texniki Yardım üzrə baş meneceri cənab Korhan Karakoçu ziyarət etdik".
Səfir Rəşad Məmmədov deyib ki, bu gün həmçinin Qars şəhərində yeni təyin olunmuş Baş Konsul Zamin Əliyevlə birlikdə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Protokol baş idarəsinin rəisi Ahmet Cemil Miroğlunu ziyarət etdik. Baş konsul Zamin Əliyev "Təyinat Sənədi"nı təqdim etdi".
Süleyman