Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıdakı 191 təhsil müəssisəsində “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir

Bakıdakı 191 təhsil müəssisəsində “Məktəblinin dostu” layihəsi fəaliyyət göstərir


“Məktəblinin dostu” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 191 təhsil müəssisəsini və 380 000 şagirdi əhatə edir. Həmin müəssisələrdə layihənin 206 əməkdaşı çalışır.

Newscenter.az xəbər verir ki, 2024-cü təqvim ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.

Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş