Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan oluna bilər

Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan oluna bilər


Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan oluna bilər.

Newscenter.az xəbər verir ki, bunu hüquqşünas Vəfa Qədirova bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 250-ci maddəsinə əsasən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində çalışması bu kateqoriyaya daxildir.

Hüquqşünas həmçinin onu da bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən iş yerlərində, icbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.

Anar Əliyev
Xəbəri paylaş