Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında demarkasiya komissiyalarının görüşü keçiriləcək

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında demarkasiya komissiyalarının görüşü keçiriləcək


Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların görüşü keçiriləcək.

“Report” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, konkret tarix barədə hələlik razılıq əldə olunmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır: “Bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır”.
Xəbəri paylaş