Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib

Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib


Ağstafada polis vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğulu ifşa edib.

DİN-in Mətbuat Xidmətindən Newscenter.az-a verilən məlumata görə, sosial şəbəkələrdə naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş