"Kommunal sektorda xidmət sahələrində baş verən qiymət dəyişmələrindən sonra dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması gözlənilən idi. Bu dövlətin, şəxsən dövlət başçısının vətəndaşın sosial rifah halının yaxşılaşdırılmasına nə dərəcədə önəm verdiyinin göstəricisidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədova səsləndirib. İctimai Birliyin sədri deyib ki, Azərbaycan sosial dövlət olaraq müntəzəm olaraq bu istiqamətdə insanların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımlar atır, islahatlar həyata keçirir:
"Tədricən dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışan işçilərin də əməkhaqlarının artırılması ilə bağlı prezident sərəncamları olacaq. Məlum olduğu kimi cari il, yanvar ayından etibarən Azərbaycanda minimum əmək haqqı və pensiyalar da artırılıb. Eyni zamanda digər müavinət və təqaüdlərin də artırılması gündəmdədir və yaxın vaxtlarda biz bunun şahidi olacağıq. Bütün bunlar ona hesablanıb ki, kommunal sahədə baş verən qiymət dəyişikliyi vətəndaşın sosial rifah halına mənfi təsir göstərməsin. Bir sözlə vətəndaşın daha yaxşı yaşaması dövlətimiz, dövlət başçımız üçün əsas prioritetdir".
Anar Əliyev