"Bakı-Qroznı istiqamətində uçuş həyata keçirən AZAL-a məxsus təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulmasından sonra Aktauda qəzaya uğraması Moskva ilə Bakı arasında ciddi narazılıqlara yol açdı. Azərbaycan ictimaiyyətinin və prezident İ.Əliyevin bu faciəyə qarşı sərt təpkisini Rusiya bəlkə də gözləmirdi və prezident Putinin də üzr istəməsi onun hakimiyyəti dönəmində ilk dəfə baş verməsi çoxlarının təəccübünə səbəb oldu. Rusiyanın təyyarəmiz vurulandan sonra hadisənin ört basdır edilməsi üçün etdiyi cəhdlərin fiaskoya uğramasıdan və Azərbaycan dövlət başçısının cinayətkarların cəzalandırılması və kompensasiya barədə israrlı tələblərindən sonra Rusiya mediası ölkəmizə, onun rəhbərliyinə qarşı böhtan, şantaj və qarayaxma kampaniyasına start verildi. Bütün bunlar da bir mərkəzdən idarə edilməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, sanki Azırbaycan-Rusiya arasında dərinləşən əlaqələrin zədələnməsi üçün bir bəhanə əldə etdilər və prosesi qarşıdurmaya sürükləməyə çalışılması aydın hiss olunur:
"Mən Azərbaycana qarşı Rusiya mediasında bu cür təxribat xarakterli və yalan dolu məlumatların tirajlanmasında orada yaşayan ermənilərin də aktiv rolunu inkar etmirəm. Məlum məsələdir ki, Bakı ilə Moskva arasında müttəfiqlik və geniş əlaqələr ilk növbədə ermənilərin maraqlarına ziddir. Ona görə də həmişə çalışıblar ki, hər iki dövlət arasında mövcud olan bu münasibəti korlasınlar. Eyni zamanda Azərbaycanı sevməyən qüvvələrin də burada "fəaliyyəti" danılmazdı. Digər bir faktor isə Rusiyanın Suriyadan qoyulmasında Türkiyənin suçlandırılması, Azərbaycanın qardaş dövlətin yanında yer almasından doğan qəzəb və hiddətdir".
AMİP funksioneri hesab edir ki, Rusiya mətbuatında Azərbaycana qarşı hərəkətə keçən qüvvələrin bütün cəhdlərinə baxmayaraq Kreml Bakıdan imtina edə bilməz:
"Həmçinin qabaqdan gəlmişik də fayda verməyəcək və sərnişin təyyarəsinin vurulmasına görə Bakının haqlı tələbləri yerinə yetiriləcək".
Süleyman