Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

40 ildən sonra ilk dəfə olaraq, UNESCO Baş Konfransı Parisdə deyil, Özbəkistanda keçiriləcək

40 ildən sonra ilk dəfə olaraq, UNESCO Baş Konfransı Parisdə deyil, Özbəkistanda keçiriləcək



40 ildən sonra ilk dəfə olaraq, UNESCO Baş Konfransı Parisdə deyil, Özbəkistanda keçiriləcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, konfrans Səmərqənd şəhərində baş tutacaq.

Qeyd edək ki, UNESCO təxminən 30 ildir ki, Özbəkistan hökuməti ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətlər mədəniyyət, təhsil, kommunikasiya və informasiyalaşdırma, eləcə də sosial və təbiət elmlərini əhatə edir.

UNESCO Baş Konfransının Səmərqənddə keçirilməsinin Özbəkistanın dünyanın mədəni və təhsil inkişafına verdiyi töhfənin tanınması deyil, həm də tarixi və mədəni irsin qorunmasının vacibliyini bir daha vurğulamaq üçün yaxşı fürsətdir.

Bu konfrans beynəlxalq səviyyədə mədəni mübadilə və davamlı inkişaf perspektivlərini müzakirə etmək üçün unikal platforma rolunu oynayacaq. Özbəkistan bir daha dünya mədəniyyəti və elminin mühüm mərkəzi kimi rolunu təsdiqləyir.

Süleyman
Xəbəri paylaş