Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə PKK probleminin həlli AKP-yə növbəti seçkilərdə uğur qazandıra bilər

Türkiyədə PKK probleminin həlli AKP-yə növbəti seçkilərdə uğur qazandıra bilər


"PKK terror təşkilatı öz silahlı dəstələrini Türkiyə ərazisindən çıxardığını bəyan etdi. Terror təşkilatının liderləri bundan sonra, heç bir perspektivin olmadığını, geosiyasi reallıqların Türkiyənin lehinə dəyişdiyinin fərqində oldular".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, terror təşkilatına dəstək verən xarici mərkəzlərin regionda apardığı siyasət PKK vasitəsilə nəticəsiz oldu:

"PKK-nın ayaqda qalmasında Türkiyədə bəzi siyasətçilər də maraqlı olub. Türkiyə prezidenti R. T. Ərdoğan PKK-ya dəstək verən daxili mərkəzləri neytrallaşdırdı. Suriyanın şimal şərqində kürd silahlıları mövcudluğunu qoruyub saxlayır. Onların da PKK ilə bağları istisna deyil. Bu qrupların da sıradan çıxarılması gözlənilir".

Politoloq qeyd edib ki, Türkiyədə PKK probleminin həlli AKP-yə növbəti seçkilərdə uğur qazandıra bilər".

Süleyman
Xəbəri paylaş