
Bu ilin yanvar-sentyabr aylarında Özbəkistan iqtisadiyyatı 7,6% artıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Milli Statistika Komitəsinin aşıqlamasında bu barədə qeyd edilib. Bu dövrdə sənayenin həcmində 6,8%, tikintidə 14,2%, xidmət sektorunda 14% və kənd təsərrüfatında 4,1% artım qeydə alınıb.
Qızıl və valyuta ehtiyatları ötən illə müqayisədə 35% artaraq 55 milyard dollara çatıb.
Bundan başqa hesabat dövründə əhalinin gəlirləri 18,4 faiz, əmanətlər 35,3 faiz, orta əmək haqqı isə 19,2 faiz artıb.
Süleyman











































