
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitinə dəvət olunublar.
Newscenter.az bildirir ki, "Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə deyib.
XİN rəhbəri qeyd edib ki, dəvətlər "hələ ki şifahi formada" göndərilib.











































