
Ermənistan Rusiya ilə Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi çərçivəsində mümkün əməkdaşlıq sahələrini müzakirə edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, “Biz rusiyalı tərəfdaşlarımızla yeni və maraqlı mexanizmlər, istiqamətləri müzakirə etmişik, müzakirə edirik və bundan sonra da müzakirə edəcəyik”,-deyə qeyd edib.
Mirzoyan, həmçinin bəyan edib ki, Ermənistanın mövcud dəmir yolu infrastrukturu Cənubi Qafqaz Dəmir Yollarının Rusiya Dəmir Yollarının törəmə müəssisəsi konsessiya idarəçiliyinə verilib.
Gümrü-Qars dəmir yolu marşrutunun bərpası məsələsinin Türkiyə tərəfi ilə müzakirə olunub-olunmaması ilə bağlı suala Mirzoyan belə cavab verib:
“Bu, müzakirə olunub və əminəm ki, gələcəkdə də müzakirə olunacaq".
Mehman Mehdiyev











































