
Qlobal miqyasda halal ekosistemini bir araya gətirən və bu baxımdan dünyanın ən vacib təşkilatlarından biri olan 11-ci Dünya Halal Zirvəsi bu dəfə Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, tədbir 26-29 noyabr 2025-ci il tarixlərində İstanbul Sərgi Mərkəzində baş tutacaq.
Qlobal halal iqtisadiyyatının bütün maraqlı tərəflərini bir araya gətirən və potensialı ilə yeni ticarət müqavilələri üçün yol açan 11-ci Dünya Halal Zirvəsi, Türkiyə Respublikasının Prezidentliyinin himayəsi altında keçiriləcək.
Tədbirdə 100-dən çox müxtəlif ölkədən 500-dən çox iştirakçı, eyni zamanda 50.000-dən çox ziyarətçi iştirak edəcək.
Bundan əlavə, dünyanın hər yerindən mütəxəssislər, akademiklər, sahibkarlar və sənaye nümayəndələri halal standartlarının hazırlanması və tətbiqi, bazarın böyüməsi üçün vacib yol xəritələrini açıqlayacaqlar.
Qlobal ticarətdə halal iqtisadiyyatının rolunun genişlənməsinə əhəmiyyətli dərəcədə töhfə verən Dünya Halal Zirvəsinin təqdim etdiyi kommersiya imkanları sayəsində bazar həcminin 12 trilyon dollara çatacağı gözlənilir.
Anar Əliyev











































