
"Qərbin sanksiyaları müvəqqəti və ya məqsədyönlü tədbirlər deyil, Moskvaya sistemli təzyiq mexanizmidir".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat vurğulayıb ki, Qərb ölkələri, onların müttəfiqləri hazırda Rusiyaya qarşı təcavüzkar kampaniya aparırlar:
"Məqsəd açıq şəkildə bəyan edilir. Maliyyə və texnoloji təcrid, uzunmüddətli sosial-iqtisadi inkişaf perspektivlərini sarsıtmaq, daxili siyasi sabitliyi pozmaq məqsədi ilə vətəndaşlara maksimum zərər vurmaq. Biz hesab edirik ki, sanksiyalar müvəqqəti və ya məqsədyönlü tədbirlər deyil, ölkəmizə qarşı sistemli strateji təzyiq mexanizmidir".
Mehman Mehdiyev











































