
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Böyük Britaniya Baş naziri Keir Starmeri qəbul edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iki ölkə rəsmiləri arasında keçirilən görüşdə Böyük Britaniya ilə Türkiyə arasında mövcud əlaqələr, onun inkişaf perspektivləri, eləcə də Yaxın Şərqə, xüsusilə Qəzzadakı vəziyyət müzakirə edilib. Bundan başqa görüşdə qarşılıqlı investisiyaların həcminin artırılması məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, prezidentin köməkçisi Hakkı Susmaz, Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş, prezidentin kommunikasiyalar üzrə direktoru Burhanəddin Duran, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Mehman Mehdiyev











































