
Rusiyada qrip viruslarının, əsasən Honq Konq qripinin nisbəti artmaqdadır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İstehlakçıların Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətindən bildirilib.
Bildirilib ki, hazırda Rusiya Federasiyasında kəskin respirator virus infeksiyaları üzrə epidemioloji vəziyyət sabit olaraq qalır, lakin qrip viruslarının nisbəti artır. Müşahidələrə görə, 40-43-cü həftələr arasında qripin A(H3N2) ştammları üstünlük təşkil edir. Bu günə qədər bütün vətəndaşların 47,7 milyondan çox hissəsi qripə qarşı peyvənd olunub. Bu, ölkə əhalisinin 32,3%-ni təşkil edir.
Xidmət tövsiyə edir ki, qripə qarşı peyvənd olunmaq lazımdır.
Mehman Mehdiyev











































