
Ədliyyə naziri Fərid Əhmədov Dubayda keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarında qalib gəlmiş Ədliyyə Nazirliyinin komandası ilə görüşüb.
Newscenter.az xəbər verir ki, nazir qalib komandanın üzvlərini əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək onların qələbəsinin ölkəmizin və Nazirliyin idman uğurlarına layiqli töhfə olduğunu bildirib. O, Nazirlik əməkdaşlarının həm peşə fəaliyyətində, həm də idman sahəsində uğurlar qazanmasının sevindirici hal olduğunu vurğulayıb.
Sonda yarışda qalib gələn Ədliyyə Nazirliyinin komandası üzvləri Nazirlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarında Ədliyyə Nazirliyinin komandası finalda 1:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Süleyman











































