Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər şey bu gün başladı

Hər şey bu gün başladı


Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 6 il ötür.
Azərbaycan dövləti və Xalqı üçün 27 sentyabr ən müqəddəs qürurlu Gündür.
Bu gün Milli ruhumuzun, Milli həmrəyliyimizin şərəf tarixi, Dövlət Suverenlyimizin tam bərpasının təməl sütunudur.
Anım Günündə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm.
Qəhrəman Qazilərimizə can sağlığı, firavah həyat arzulayıram.
2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi.
Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – Möhtərəm Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və qətiyyəti, mübariz oğul və qızlarımızın sayəsində tarixi ədalət bərpa olundu.
Azərbaycanın Üçrəngli Bayrağı bütün ərazilərimnizdə, 86,6 min kv.km coğrafi torpaqlarımızda dalğalanır.
Vətən müharibəsi qəhrəmanlarının müqəddəs xatirəsi Azərbaycanın gələcək nəsillərə ötürəcəyi mühüm tarixi və mənəvi irs olaraq daim yaşayacaq.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş