
Ankara Qara dənizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər irəli sürüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Kremlin mətbust katibi Dmitriy Peskov deyib. Peskov eyni zamanda bildirib ki, bu məsələ ilə bağlı konkret danışıqlar aparılmır.
Peskov qeyd edib ki, Qara dənizdə təhlükəsizliyin təmin edilməsi çox vacibdir və bu istiqamətdə irəli sürülən təşəbbüslərə nəzər yetirilməlidir.
Qeyd edək ki, son vaxtlar Qara dənizdə ticarət gəmilərinə hücumlar intensiv xarakter alıb.
Anar












































