
27 Sentyabr – Anım Günü ilə əlaqədar ATXƏM İB-nin sədri İlham İsmayılov ailə üzvləri ilə birgə İkinci Fəxri Xiyabanda milli qəhrəmanlar Mübariz İbrahimovun, Murad Mirzəyevin, general Polad Həşimovun və 44 günlük Vətən müharibəsində həlak olmuş Rəşad Zeynallı, Təbriz İbrahimov və digər şəhidlərimizin məzarlarını ziyarət edib, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib.
Bu barədə məlumat Newscenter.az-a İctimai Birlikdən daxil olub. Anım Gününün tarixi əhəmiyyətinə toxunan İlham İsmayılov qeyd edib ki, bu gün Azərbaycan xalqının tarixində dərin iz buraxmış, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik:

"Şəhidlərimizin Vətən sevgisi, mərdliyi və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların keçdiyi şərəfli yol gələcək nəsillər üçün Vətənə sədaqətin və milli həmrəyliyin ən böyük nümunələrindən biridir".
ATXƏM sədri, "Bu anım günündə bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların ailələrinə dərin hörmət və ehtiramımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!",-deyə vurğulayıb.

Süleyman












































