Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar


27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

Newscenter.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri Zəfər abidəsi önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Süleyman
Xəbəri paylaş