Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İranın Hörmüz təklfini qəbul etmir

ABŞ İranın Hörmüz təklfini qəbul etmir


Vaşinqton administrasiyası İranın Hörmüz boğazının açılması ilə bağlı təkliflərini qəbul etməyə indiki halda ehtiyac görmür.

Newscenter.az xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ rəsmisinə istinadən bildirib.

“Hörmüz boğazına nəzarət etdiyimiz üçün ABŞ-ın mövqeyi çox güclüdür, ona görə də tələsmirik. Son 48 saat ərzində boğazdan təxminən 40 milyon barel neft daşınıb”, - deyə ABŞ rəsmisi qeyd edib.

Qeyd edək ki, İran boğazdan normal gəmiçiliyin yeddi gün ərzində bərpasına imkan verəcək bir razılaşma planı təklif edib. Tehranın sözügedən təklifi vasitəçilərin yolu ilə Vaşinqtona çatdırdığı bildirilir.

Anar
Xəbəri paylaş