
Ermənistan adambaşına düşən orta kreditlərə görə Avrasiya İqtisadi Birliyində (AİB) liderlik edir.
Newscenter.az xəbər verir ki, bu, Avrasiya İqtisadi Komissiyasının 2025-ci il üçün məlumatlarına əsasən müəyyən edilir.
Mütləq ifadədə Rusiya liderlik edir. Rusların borcu 460,59 milyard dollardır. Rusiyanın Birlik əhalisinin təxminən 80%-ni təşkil etməsinə baxmayaraq, demək olar ki, bütün kreditlər rublla ifadə olunur.
Borc yükü baxımından (şəxsi borcun ÜDM-ə nisbəti) Ermənistan 32,9% ilə liderlik edir. Rusiya və Qazaxıstanda bu rəqəm daha aşağıdır, təxminən 16%. Qırğızıstanda isə cəmi 8,8% təşkil edir. Belarus ipoteka payına görə hamını üstələyib. Bütün kreditlərin təxminən 60%-i mənzil almaq üçündür. Rusiyada bu rəqəm 58%, Qazaxıstanda isə daşınmaz əmlak cəmi 28% təşkil edir.
Anar












































