
Avropa Birliyində heç kim Ermənistanı gözləmir və ölkənin hazırkı addımları Rusiya ilə münasibətləri gərginləşdirməyə yönəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu müxalifətdəki "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan deyib. O hesab edir ki, Avropaya doğru siyasi kurs doğru deyil və orada Ermənistanı heç kim gözləmir:
"Avropada Avropa İttifaqı ilə sərhədi olmayan, lakin üzv olan bir ölkə yoxdur. Buna görə də, bunlar Rusiya ilə münasibətləri gərginləşdirməyə yönəlmiş bəzi anlaşılmaz addımlardır”.
Lakin siyasətçi Aİ-yə üzvlük prosesi haqqında qanunun ləğv edilib-edilməməsi sualına qəti cavab verməyib.
"Görəcəyik ki, bu, xalqımıza hansı fəlakətlər gətirəcək, sonra isə fikrimi bildirəcəyəm", - deyə Samvel Karapetyan bildirib.
Anar












































