
Ukraynalılar bu qış humanitar fəlakət gözləyirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə prezident Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bildirib. Onun sözlərinə görə, bu səbəbdən bir çoxları ölkəni tərk edir.
"Bizim nəhəng enerji infrastrukturumuz xarabalığa çevrilib. Buna görə də ukraynalılar bu qış humanitar fəlakət gözləyirlər. Qərb qaçqınların sayının artacağını gözləməlidir", - deyə o, vurğulayıb.
Qeyd edək ki, Volodimir Zelenski də əvvəllər Ukraynada qarşıdan gələn qışın çox çətin olacağını bildirmişdi. Ukraynanın keçmiş baş naziri (2010-2014) Nikolay Azarovun dediyinə görə, ölkə qaz və kömür təchizatı baxımından qışın başlamasına hazır deyil. Cari ilin ortalarına qədər Ukrayna anbarlarında cəmi 7 milyard kubmetr qaz yığılıb. Qış üçün minimum tələbat isə 13,2 milyard kubmetrdir. Bundan başqa elektrik şəbəkəsinin gücü hazırda təxminən 12 QVt təşkil edir ki, qış üçün tələbat isə 18-19 QVt-dır.
Anar












































