Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suverenlik bir günün qələbəsi deyil, nəsillərdən-nəsillərə ötürülən milli iradədir

Suverenlik bir günün qələbəsi deyil, nəsillərdən-nəsillərə ötürülən milli iradədir


"Suverenlik yalnız sərhədlərin toxunulmazlığı deyil, bir xalqın öz taleyinə sahib çıxmaq iradəsidir. Torpaq xəritədə sərhədlərlə bölünür, amma Vətənin həqiqi sərhədləri xalqın yaddaşında, iradəsində və ləyaqətində yaşayır. Dövlətin gücü yalnız ordusunun qüdrəti ilə deyil, öz sözünün arxasında dayanmaq, qanunlarına söykənmək və gələcəyini özü müəyyən etmək əzmi ilə ölçülür".

Bunları Newscenter.az-a "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov 20 sentyabr-Dövlət Suverenliyi Günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O deyib ki, suverenlik — başqasının iradəsinə tabe olmamaqdan daha böyük bir anlayışdır:

"O, öz qərarının məsuliyyətini daşımaqdır. Çünki azadlıq yalnız haqq deyil, həm də məsuliyyətdir, dövlətçilik yalnız hakimiyyət deyil, həm də əmanətdir. Bir xalq öz torpağına sahib çıxdığı gün tarixini qoruyur. Öz iradəsinə sahib çıxdığı gün isə gələcəyini qurur".

David Seliverstov qeyd edib ki, suverenlik bir günün qələbəsi deyil, nəsillərdən-nəsillərə ötürülən milli iradədir:

"Vətən qorunduqca dövlət yaşayır, dövlət yaşadıqca xalqın iradəsi gələcəyə yol göstərir. Çünki suverenlik bir dövlətin yalnız bu gününə deyil, sabahına verilmiş anddır. O and ki, Vətən var olduqca yaşayar, nəsillər dəyişdikcə daha da möhkəmlənər və tarix susduqda belə öz sözünü deyər.

Azərbaycanın torpağı bütöv, iradəsi azad, dövlətçiliyi sarsılmaz olsun. Azərbaycan Respublikasının suverenliyi daim olsun əbədi olsun!".

Süleyman
Xəbəri paylaş