
Gürcüstanın Poti və Özbəkistanın Anakliya limanlarının infrastrukturundan səmərəli istifadə etməklə iki ölkənin nəqliyyat əlaqələri gücləndiriləcək.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki sözügedən məsələ Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında aparılan telefon danışığı zamanı müzakirə edilib.
İrakli Kobaxidzeni ad günü münasibətilə səmimi qəlbdən təbrik edən Özbəkistan Prezidenti, bu ilin 2-3 iyul tarixlərində Gürcüstana dövlət səfəri barədə də danışıb. Danışıq zamanı sözügedən səfər zamanı əldə edilən razılaşmaların həyata keçirilməsi çərçivəsində Özbəkistan-Gürcüstan strateji tərəfdaşlığının daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı qarşılıqlı ticarət həcminin artırılmasına, sənaye əməkdaşlığının genişləndirilməsinə də diqqət yetirilib.
Süleyman












































