Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan, Qırğızıstan və Tacikistan sərhədləri haqqında müqavilə təsdiqlənəcək

Özbəkistan, Qırğızıstan və Tacikistan sərhədləri haqqında müqavilə təsdiqlənəcək



Özbəkistan, Qırğızıstan və Tacikistan Respublikaları arasında üç ölkənin dövlət sərhədlərinin kəsişdiyi nöqtə haqqında müqavilə təsdiqlənir.

Newscenter.az Özbəkistanın uze.uz xəbər portalına istinadən bildirir ki, bu məsələ Ali Məclisin Qanunvericilik Palatasında Xalq Demokrat Partiyası fraksiyasının növbəti iclasında müzakirə olunub.

Vurğulanıb ki, bu müqavilənin qüvvəyə minməsi nəticəsində üç dövlətin vətəndaşları arasında münasibətlər daha da intensivləşəcək, sərhəd ərazilərində ticarət artacaq, yeni infrastruktur layihələri həyata keçiriləcək və iş yerləri yaradılacaq. Bu, sərhəd ərazilərində yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək.

Mərkəzi Asiyada inteqrasiya proseslərinin gücləndiyini qeyd edən deputatlar bu sazişin ortaq tarixi, mədəni və milli köklərə malik xalqlarımızın daha da yaxınlaşmasına və qarşılıqlı etimadı gücləndirməsinə xidmət edəcəyini vurğulayıblar.

Süleyman
Xəbəri paylaş