
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.
Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də (Bakı vaxtı ilə 23:48) Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntılar qeydə alınıb. Belə ki, vilayətin Sındırqı rayonunda bir neçə bina uçub.
Ölkənin səhiyyə naziri Kemal Memişoğlu indiyə kimi tibb xidmətinə müraciətin qeydə alınmadığını açıqlayıb.











































