
Avropa Komissiyasının fikrincə, ABŞ-ın “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyaları Aİ ölkələrinin enerji təhlükəsizliyinə təsir edə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Avropa Komissiyasının sözçüsü Anna-Kaisa Ikonen deyib.
O qeyd edib ki, bu qərar onlara təsir edəcəyi təqdirdə Aİ ölkələrinin adekvat fəaliyyət planı olmalıdır.
Qeyd edək ki, Avropa Komissiyasının (AK) sözçüsü bunları təmsil etdiyi qurumda keçirdiyi brifinqdə bildirib.
Mehman Mehdiyev
"Avropa İttifaqının bu sanksiyaları qismən Aİ ölkələrinə təsir edə bilər, qismən də təsirsizdir. Deyə bilərəm ki, biz ölkələrimizin və bu qərardan təsirlənən regiondakı namizəd ölkələr kimi qonşu ölkələrin enerji təhlükəsizliyini çox diqqətlə izləyirik. İndiyə qədər heç bir ciddi problem görməmişik", - deyə o, bu qərarın onlara təsir edəcəyi təqdirdə Aİ ölkələrinin "fəaliyyət planının olmasının vacibliyini" vurğulayıb.











































