
Özbəkistanda onlayn kredit bazarında şəffaflığı təmin etmək və saxtakarlığın qarşısını almaq üçün yeni tələblər tətbiq olunur.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, Mərkəzi Bank tərəfindən kredit təşkilatlarına qoyulan tələblərə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə portalında yerləşdirilib. Buna əsasən, indi bütün kredit təşkilatlarından onlayn kreditlər haqqında məlumatları kredit bürolarına real vaxt rejimində ötürmələri tələb olunacaq.
Hazırda kredit təşkilatları növbəti iş günü məlumatı kredit bürolarına göndərirlər. Bu, bir sıra problemlərə səbəb olur. Bu, bir gündə bir neçə mikrokreditin vətəndaşların adına verilməsi, kreditlər haqqında yanlış məlumatların formalaşması və saxtakarlıq hallarının artması ilə əlaqədardır.
Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin ilk 9 ayında bank kartları və onlayn kreditlərlə bağlı saxtakarlıq 8 milyard sum zərərə səbəb olub.
Anar Əliyev











































